Üçüncü Dünya savaşı və nüvə müharibəsi qapıdadır - TƏHLİL
12:48 24.05.2024
Gündəm
506
Əgər Ukrayna savaşında Qərbin bəzi qüvvələri birbaşa iştirak edərsə, həmin halda hibrid Üçüncü Dünya müharibəsi açıq şəkildə ortaya çıxa bilər
Yaxın Şərqdə və Ukraynada ətrafında formalaşmış vəziyyət qlobal miqyasda qarşıdurma ilə nəticələnə bilər.
Bu barədə Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibi Sergey Lebedev Bişkekdə MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 54-cü iclasının iştirakçılarına müraciətdə deyib.
"Əfsuslar olsun ki, dünya qlobal münaqişə təhlükəsi altındadır, təkcə Ukraynadakı geosiyasi qarşıdurma deyil, həm də Yaxın Şərqdəki son dərəcədə gərgin vəziyyət, neonasist ideologiyasının və ksenofob əhval-ruhiyyənin yayılması, bu fonda beynəlxalq terror təşkilatlarının fəallaşması bundan xəbər verir", - MDB baş katibinin birinci müavini Leonid Anfimov tərəfindən oxunan müraciətdə deyilib.
Bişkekdə MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 54-cü iclası öz işinə başlayıb.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin yaydığı məlumata görə, tədbir çərçivəsində MDB ölkələrində vəziyyətin destabilizasiyası və konstitusiya quruluşunun zorakı yolla dəyişdirilməsi üzrə xaricdə döyüş hazırlığı və təcrübə keçmiş şəxslərin aşkarlanması və qarşısının alınması üzrə birgə tədbirlər müəyyən ediləcək.
Macarıstanın Baş naziri Viktor Orban isə bildirib ki, Qərb və Avropa Rusiya ilə müharibəyə hazırlaşır və Qərb siyasətçilərinin “Rusiya təhlükəsi” ilə bağlı bütün açıqlamaları bunun üçün bəhanədir.
O, bu barədə “Kossuth” Radiosunun "Sabahın xeyir, Macarıstan" proqramına müsahibəsində deyib.
Macarıstanın Baş naziri bildirib ki, hələ Birinci və İkinci Dünya müharibələrindən əvvəl də mətbuatda onların hazırlanması uzun müddət iş aparılıb və bu, bu gün də davam edir: “İnanıram ki, bu gün Brüsseldə və Vaşinqtonda, daha çox Brüsseldə belə davam edir. Qətiyyətlə deyə bilərik ki, Avropanın müharibəyə qoşulmasına hazırlıq gedir, bunu mediada və Qərb siyasətçilərinin açıqlamalarında görmək olar”.
Orban, eyni zamanda, qeyd edib ki, Rusiyanın NATO ölkələrindən birinə hücum etmə ehtimalı son dərəcə aşağıdır: “Alyansın bir üzvünə kiminsə hücum etməsi ehtimalı son dərəcə azdır və bu, təkcə Rusiyaya aid deyil, istənilən ölkəyə aiddir. NATO müdafiə ittifaqıdır və Alyansın hər hansı üzvünün suverenliyini pozan heç bir hərbi hərəkətə dözməyəcək. Ona görə də mən Qərb siyasətçilərinin guya Rusiya təhlükəsi ilə bağlı bütün bu bəyanatlarını Qərbin manevri və Avropanın Rusiya ilə müharibəyə hazırlaması kimi şərh edirəm”.
Mövzu il bağlı "Sherg.az"a danışan Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli bildirib ki, qlobal səviyyədə qarşıdurma artıq mövcuddur:
“Buna əmin olmaq üçün Ukrayna savaşı ətrafında yaranmış vəziyyətə diqqət etmək yetərlidir. Çünki Ukraynada dünyanın əsas iki qütbü biri-birilə müharibə aparır. Bu qarşıdurma Ukrayna coğrafiyasında ortaya çıxıb. Bir tərəfdə Rusiya və onun Şərqdəki tərəfdaşları, digər tərəfdə isə Amerika Birləşmiş Ştatları, NATO, Avropa Birliyi Ukrayna cəbhəsində qarşıdurma vəziyyətindədir. Əgər Ukrayna savaşında Qərbin bəzi qüvvələri birbaşa iştirak edərsə, həmin halda hibrid Üçüncü Dünya müharibəsi açıq şəkildə ortaya çıxa bilər. ABŞ və NATO ölkələri Rusiya ilə birbaşa hərbi toqquşmalardan çəkinirlər. Burada əsas məqsəd Ukraynanın timsalında Rusiya ilə müharibəni səhnə arxasından davam etdirməkdir. Amma Ukraynaya NATO və Qərb ölkələrinin hərbi kontingenti göndərilərsə, Üçüncü Dünya savaşının açıq müstəviyə çıxması qaçınılmaz xarakter daşıyacaq. Bundan sonrakı mərhələdə də həmin savaşın nüvə müharibəsinə çevrilmə ehtimalı yüksəkdir. Çünki Rusiya məğlubiyyət təhlükəsi qarşısında qaldığı halda nüvə silahından istifadə edəcəyini gizlətmir. Eyni zamanda, bir neçə gün öncə Rusiya faktiki nüvə silahı ilə təlimlər keçirdi. Bununla da Qərbə mesaj göndərdi ki, Ukraynaya hərbi kontinget göndərmək fikrinin cavabı nüvə zərbəsi ilə veriləcək. Proseslərin gedişi hazırki ssenaridən kənara çıxarsa, Üçüncü Dünya savaşı və nüvə müharibəsi baş tuta bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya
Sumqayıtda 41 yaşlı kişi üçüncü mərtəbədən yıxılaraq ölüb
19:42 25.09.2026
Hadisə
Tramp noyabrda Çində keçiriləcək APEC sammitində iştirak edəcək
19:40 25.09.2026
Dünya
Ermənistan bir geosiyasi mərkəzdən digərinə keçmir - ŞƏRH
19:35 25.09.2026
Gündəm
Səhər yeməyinin vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
19:21 25.09.2026
Sağlamlıq
İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
19:00 25.09.2026
Rəsmi
145 nömrəli məktəbdə Anım Günü ilə bağlı tədbir keçirilib
18:54 25.09.2026
Elm və Təhsil
Bakı metrosunda kişi qatar yoluna tullandı
18:42 25.09.2026
Hadisə
Əfv qərarlarında əsas meyar say deyil
18:40 25.09.2026
Aktual
Rusiya “McDonald’s”ı da vurdu
18:00 25.09.2026
Dünya
Türkiyənin İsrail xalqına düşmənçiliyi yoxdur - Ərdoğan
17:57 25.09.2026
Gündəm
Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:37 25.09.2026
Sosial
Qırğızıstanda prezident seçkiləri ilə əlaqədar qadağalar qoyuldu
17:11 25.09.2026
Dünya