Məşhur şəlalənin suyunun mənbəyi hər kəsi təəccübləndirib
Yusif Nəzərli
20:14 08.06.2024
Dünya
421
Məşhur şəlalənin suyunun mənbəyi hər kəsi təəccübləndirib. Çində turistlərin tez-tez ziyarət etdiyi Yuntai şəlaləsindəki suyun əraziyə çəkilən borulardan gəldiyi aydın olub.
AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, ölkənin şimalındakı Henan əyalətində Yuntai dağının yerləşdiyi təbiət parkındakı şəlalə sosial mediada müzakirələrə səbəb olub.
Müxtəlif platformalarda yayımlanan görüntülərdə 314 metr yüksəklikdəki şəlalənin suyunun əraziyə qoyulan borulardan gəldiyi diqqətə çatdırılıb. Yuntai Təbiət Parkının saytında “Axan Süd Yolu” kimi təsvir edilən şəlalə Çin Mədəniyyət və Turizm Nazirliyinin “AAAAA” reytinqinə malikdir. Bu, nazirliyin istənilən turizm sahəsi üçün verdiyi ən yüksək təsnifatdır.
Təbiət parkının rəhbərliyi quraq mövsümlərdə şəlalədən gələn su axınının kəsilməməsi üçün borularla daşınan su ilə dəstək verildiyini açıqlayıb. Park rəsmiləri bildiriblər ki, mövsümi dəyişikliklərə görə, şəlalə ən yaxşı şəkildə görünməyə bilər. Ona görə də quraq mövsümlərdə kiçik bir təkmilləşdirmə edilib. Səlahiyyətlilər şəlaləyə göstərilən marağa görə təşəkkür ediblər. Qeyd ediblər ki, Yuntai bu yay qonaqları ən mükəmməl və təbii formada qarşılayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yuventus" cərimələndi - Səbəb
02:12 23.09.2026
Futbol
Paşinyan bu türk ölkəsinə səfər edəcək
01:22 23.09.2026
Cənubi Qafqaz
Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilib
01:01 23.09.2026
Siyasət
Azərbaycan ilə Banqladeş arasında viza rejimi sadələşdirilir
00:18 23.09.2026
Siyasət
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü
23:57 22.09.2026
Aktual
Ərdoğandan Fələstini tanımayan ölkələrə çağırış...
22:58 22.09.2026
Dünya
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm