Əvvəllər məscidlərdə dini icmaların olması zəruri idi
Yusif Nəzərli
01:47 13.03.2025
Cəmiyyət
564
Amma hazırda məscidlərə axundun təyinatı birbaşa olduğuna görə icmanın fəaliyyətinə ehtiyac qalmır
Hazırda ölkə ərazisində 2377 məscid, 16 kilsə, 7 sinaqoq, 23 xristian dua evi, 1 bəhai, 1 krişna ibadətgahı fəaliyyət göstərir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş dini qurumların sayı 1003-ə çatıb, onların 957-si İslam, 27-si xristian, 8-i yəhudi, 2-si bəhai, 1-i krişna şüuru dini icması tərəfindən təsis olunub. 2024-cü ildə 1 dini icma qeydiyyata alınıb, 6 dini icmanın qeydiyyatı ləğv olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2024-cü ildə İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara təyin olunmuş 59 din xadiminin attestasiyasını aparıb. Nəticədə onlardan 46-sı vəzifəsinə uyğun hesab olunub.
Qeydiyyatı ləğv olunmuş dini icmalar hansılardır, məlumatınız varmı? Sizcə, hansısa dini icmanın qeydiyyatının ləğvinə nə səbəb olur? Fəaliyyətləri qənaətbəxş deyil, dövlətçilik əleyhinə, yaxud radikallığa meyilli olduqları müəyyən edilir?
İlahiyyatçı Hacı Atif İsmayılov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, dini icmaların fəaliyyəti ilə bağlı tətbiq edilən dəyişikliklər bu sahəyə bir sıra yeniliklər gətirdi:
- Dini icmaların ləğvində və yenidən bərpaolunmasında önəmli məsələlərdən biri budur ki, əvvəllər dini təyinatlar Qafqaz Müsəlmanları İdarəsi tərəfindən icra olunurdu. Lakin 2022-ci ildə Dövlət Komitəsinə yeni bir vəzifə həvalə olundu. Ötən il “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişiklik edildikdən sonra – 2022-ci ildən etibarən islam dininə aid ibadət yerlərinə – məscid və ziyarətgahlara din xadimlərinin təyin edilməsi Dövlət Komitəsinin səlahiyyətindədir. Prosesin şəffaflığı və daha layiqli namizədlərin təyinat alması üçün “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olundu və normativ hüquqi akt kimi qeydiyyatdan keçdi. Qanunvericiliyə görə, müsəlman din xadimlərini Dövlət Komitəsinin sədri təyin edir. Şəxsin din xadimi təyin edilməsi üçün də bir sıra tələblər mövcuddur. Qanun tələb edir ki, din xadimi təyin olunacaq şəxsin ya ali, ya da orta ixtisas dini təhsili olsun. Namizəd ya universitet, institut, akademiya, ya da mədrəsə bitirmiş olsun. Namizədlər müsahibə mərhələsindən keçir, komissiya tərəfindən müsbət qiymətləndirilirsə, namizədliyi təsdiqlənir. Qanuna dəyişiklik edilməsiylə din xadimlərinə irəli sürülən şərtlər dəyişib, müəyyən standartlar qəbul olunub. Onlardan biri də din xadiminin ali təhsilli olması ilə yanaşı attestasiyadan da keçməsidir. Bu qaydalara əsasən dini icmaların ləğvi və ya yenidən qeydiyyata alınması prosesi icra olunur. Əvvəllər qayda belə idi ki, axund həm də dini icma sədri ola bilərdi. Həmçinin axundla dini icma sədrinin səlahiyyətləri bölünə də bilirdi. Axund, dini icma sədri ayrı-ayrı şəxslər olurdu. Qaydalar dəyişdi, attestasiyaya cəlb olunan, lakin attestasiyadan keçməyən bəzi din xadimləri, icma sədrləri vəzifədən kənarlaşdırılır, icma da ləğv olunur, bəzi dini icmaların ləğvinə icma sədrinin ali təhsilinin, dini təhsilinin yoxluğu səbəb olur, bəzi hallarda da icmanın fəaliyyətində radikallıq, müəyyən radikal cərəyanların təsiri, radikal cərəyan nümayəndələrinin icmada təmsil olunması da səbəb ola bilir. Bəzi dini icmalar var ki, 10-15 il əvvəl təsis edilib. İcmanı təşkil etmiş şəxslər dünyasını dəyişib və sair bu kimi səbəblərdən həmin icmalar da ləğv oluna və ya yenidən bərpa edilə bilir. Əvvəllər məscidlərdə dini icmaların olması zəruri idi. Amma hazırda məscidlərə axundun təyinatı birbaşa olduğuna görə icmanın fəaliyyətinə ehtiyac qalmır. Səlahiyyətlər axundun öhdəsindədir deyə, bu kimi hallar dini icmaların ləğvinə səbəb ola bilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı