Mher Qriqoryan: Azərbaycanla delimitasiya prosesi davam edir

Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesi dayanmayıb və işlər davam edir.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “Sputnik-Ermənistan”a bildirib.
Qriqoryan qeyd edib ki, sərhədin delimitasiyası mürəkkəb və genişmiqyaslı işdir, buna görə də müəyyən hazırlıq işləri aparılır və tərəflər bu prosesdə fəal iştirak edir.
Onun sözlərinə görə, prosesin ləngiməsi və ya sürətlənməsi barədə qiymətləndirmə vermək tezdir.

"Hazırda delimitasiya üzrə komissiyaların növbəti görüşünün konkret tarixi məlum deyil. Amma mövcud sənəd qarşılıqlı əməkdaşlığın qaydaları və standartlarını müəyyən edir",- o vurğulayıb.