İrəvan: Azərbaycanla yolların açılması bizim üçün prioritetdir

“Ermənistan və Azərbaycan arasında nəqliyyat yollarının açılması İrəvan üçün mühüm prioritetdir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Andi Badalyan deyib.

“Cənubi Qafqazda nəqliyyat infrastrukturunun blokdan çıxarılması Ermənistan üçün mühüm prioritet olub və belə də qalır. Məlum olduğu kimi, Ermənistan regional kommunikasiyalarla bağlı “Sülh qovşağı” layihəsini təklif edib və bu, artıq bir sıra beynəlxalq tərəfdaşlardan müsbət cavab alıb. Üstəlik, Ermənistan bu təşəbbüsə uyğun bir sıra həll yolları təklif edib ki, bu da bütün tərəflər üçün məqbul ola bilər. Həmçinin beynəlxalq tərəfdaşlar da vaxtaşırı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən iki ölkə arasında nəqliyyat infrastrukturunun blokdan çıxarılması ilə bağlı öz təkliflərini verirlər.

Regionun transsərhəd potensialını reallaşdıran faydalı nəticələrin əldə edilməsi məqsədilə bütün maraqlı tərəfdaşlarla müzakirələr davam etdirilir”, - diplomat bildirib.