Prezidentin köməkçisi: ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir
10:15 26.07.2025
Siyasət
324
“Bəzi hallarda bir sıra ölkələr arasında imzalanan sülh sazişi yalnız kağız üzərində qalır, lakin Cənubi Qafqazla bağlı vəziyyət fərqlidir. Bizdə əsl sülh hökm sürür. Ermənistanla Azərbaycan arasında hərbi toqquşmalar və ya eskalasiya artıq gündəlikdə deyil”.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib.
Bununla belə, o hər iki ölkənin müəyyən məsələlərdəki fikirlərində fərqliliklərin olduğunu diqqətə çatdırıb:
“Bəzi fikir ayrılıqları hələ də mövcuddur, lakin bu tamamilə normaldır. Diplomatiya və dialoq məhz bunun üçün lazımdır”.
Hikmət Hacıyev tərəflər arasında sülh razılaşmasının mətni ilə bağlı əhəmiyyətli dərəcədə razılığın mövcud olduğunu da diqqətə çatdırıb. Bununla yanaşı, o, Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı mövcud olan ərazi iddialarına da toxunub:
“Biz sülhə və bütövlükdə regionun çiçəklənməsinə hazırıq. Bu, artıq çox müsbət bir haldır. Rəsmi Bakı tərəfindən hazırlanan və Ermənistan tərəfinə təqdim olunan sülh razılaşmasının mətni əhəmiyyətli dərəcədə razılaşdırılıb. Lakin dəqiqləşdirilməsinə ehtiyac duyulan bəzi məsələlər var. Ermənistan Respublikasının Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. İstənilən Konstitusiya o zaman bir ölkənin daxili işi olur ki, orada digər bir dövlətin və ya onun konkret bir regionunun adı çəkilmir”.
Prezident köməkçisi həmçinin, Azərbaycanın erməni xalqının Konstitusiyaya dəyişiklik vasitəsilə bütün ərazi iddialarına son qoymasını istədiyini bildirib:
“Biz sülh razılaşmasını təkcə Ermənistan hökuməti ilə deyil, erməni xalqı ilə də imzalamaq istəyirik. İstəyirik ki, erməni xalqı Konstitusiyaya müvafiq dəyişikliklər vasitəsilə Azərbaycana qarşı bütün ərazi iddialarına son qoysun. Bu addımın atılmasından sonra sülhə gedən yolda qarşımızda heç bir maneə olmayacaq”.
Hikmət Hacıyev ATƏT-in Minsk qrupunun ləğv edilməsini zəruri sayıb:
“ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir. Bu, diplomatik fiasko və tam bir iflas idi. 30 il ərazində Minsk qrupu bu uğursuz missiyanı münaqişənin həlli üçün hər hansı bir real perspektiv olmadan həyata keçirib. Biz sülhə çox yaxınıq, hər halda ərazilərimizdə sülh mövcuddur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya