Ermənistan Baş naziri: Naxçıvana yol maneəsiz olacaq
Yusif Nəzərli
06:02 09.08.2025
Cənubi Qafqaz
406
Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan, Azərbaycan və Amerika Birləşmiş Ştatlarının imzaladığı üçtərəfli bəyannaməyə uyğun olaraq Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən kommunikasiyanın təşkili üçün hansı prosedur və prinsiplərdən istifadə ediləcəyi ilə bağlı sualı cavablandırıb.
Teleqraf xəbər verir ki, bu əlaqənin təmin edilməsi prosesində Ermənistan ərazisindən keçən insanların məlumatlarının Ermənistanın dövlət orqanlarına və sərhədçilərinə açıq olub-olmayacağı sualına cavab verən Nikol Paşinyan vəziyyətin düzgün qiymətləndirilməsinə çağırış edib.
“Mən bunu niyə deyirəm? Çünki hazırda imzalanmış sənədlər mövcuddur. Ümumi layihə ilə bağlı başqa heç bir sənəd və ya razılaşma yoxdur”, - baş nazir bildirib.
Paşinyan Ermənistan, Azərbaycan və ABŞ-nin imzaladığı bəyannamənin üçüncü bəndinə istinad edib:
“Biz regionda və onun qonşuluğunda sülh, sabitlik və rifahı təşviq etmək məqsədilə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında daxili, ikitərəfli və beynəlxalq daşımalar üçün iki ölkə arasında kommunikasiyaların açılmasının vacibliyini bir daha təsdiq etdik. Bu səylərə Ermənistan ərazisi vasitəsilə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqə daxildir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm