Fransada siyasi fırtına yaxınlaşır: Makronun nüfuzu yerlə-yeksan oldu
14:08 08.09.2025
Siyasət
348
Narsist lider obrazı Makronun siyasi karyerasını məhv etdi
Fransa əhalisinin cəmi 15 faizi ölkə prezidenti Emmanuel Makrona etibar edir. "Le Figaro" qəzetinin verdiyi məlumata görə, "Verian"ın sorğusunun nəticələri göstərib ki, Makronun populyarlıq səviyyəsi onun prezidentlik müddətində ən aşağı həddə çatıb. Sorğuya görə, fransızların 80 faizi Makrona etibar etmir. Qalan 5 faiz cavab verməkdə çətinlik çəkib. Ölkənin baş naziri Fransua Bayruya etimad səviyyəsi 14 faizə düşüb. Bu da onun vəzifəyə başladığı vaxtdan ən aşağı göstəricidir.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a deyib ki, E.Makronun nüfuzunun azalmasına səbəb onun ikinci prezidentliyi dövründə keçirdiyi pensiya islahatlarıdır. Ekspert vurğulayıb ki, Fransada qəbul edilən yeni qanuna görə təqaüd yaşı 62-dən 64-ə qaldırdı ki, bu da ölkədə kütləvi narazılığa səbəb oldu:
"Nəticədə ölkədə kütləvi etirazlar və tətillər keçirildi. Buna parelel şəkildə baş nazir Bayronun təqdim etdiyi sosial xidmətlər paketi də ciddi narazılıq yaratdı. Bundan sonra sürətli şəkildə prezident və hökumətin nüfuzu düşməyə başladı. Məsələnin ən maraqlı tərəfi odur ki, Makronun əsas gücü paytaxt Parisdədir. Regionlarda aparılan səhv siyasət, əsas lahiyyələrin paytaxtda həyata keçirilməsi bölgələrdə işsizliyin artmasına səbəb oldu. Eyni zamanda Emanuel Makron sələflərindən fərqli olaraq aşağı təbəqə ilə işləməyi bacarmadı. Uzun müddət özəl sektorda rəhbər vəzifələrdə çalışmış Makron daha çox narsist xarakteri ilə fərqlənir. O, özünü güclü və əlçatmaz lider kimi göstərməyə çalışır ki, bu da insanlarda qıcıq yaradır".
Siyasi şərhçiyə görə, azalan reytinq isə gələcəkdə Makron və komandası üçün çətin sınaq olacaq:
"Fransa 2027-ci ildə növbəti prezident seçkilərinə gedəcək. Konstitusiyaya görə Emanuel Makron 2 dəfə ard-arda seçildiyi üçün növbəti seçkidə namizəd ola bilməz. Hazırda həm sağda, həm də solda bəzi şəxslər prezidentlik üçün potensial namizəd kimi nəzərdən keçirilə bilər. Sağ cinahda Makaron hökumətinin ilk baş naziri olmuş Eduard Filipin nüfuzu sürətli şəkildə artır. O, namizədliyini elan etməsə belə hazırda ölkənin ən nüfuzlu siyasətçisidir. Bundan başqa anti-miqrant çıxışları ilə bilinən keçmiş daxili işlər naziri Bruno Retailleau, həmçinin radikal sağdan Milli Cəbhənin yeni parlayan ulduzu Jordan Bardella növbəti seçkinin potensial namizədləridir. Solçular arasında isə əsas mübarizə qocaman siyasətçi, radikal solçu dan Jan-Luk Melanşon və keçmiş prezident, Sosialistlər Partiyasının şanslı namizədlərindən Fransua Olland, eyni zamanda bu partiyanın parlayan ulduzu, xanım siyasətçi Karole Delga arasında gedir. Ancaq hər iki cinahda da Makronun yeritdiyi siyasətə qarşı güclü narazılıq var. Əgər vəziyyət bu şəkildə davam edərsə, 2027-ci Fransada təkcə prezident deyil, 10 illik siyasi xəttdə dəyişəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“İrəvan Moskvadan qopa bilməz” - Politoloq
16:07 09.07.2026
Siyasət
NATO Sammiti: Ankara Qərb, Rusiya və Asiya arasında balans qurur
15:54 09.07.2026
Gündəm
“Jiquli”nin baqajında daşınan ətlər: İqtisadçıdan XƏBƏRDARLIQ
15:50 09.07.2026
Sağlamlıq
İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir
15:50 09.07.2026
Dünya
AZAL sərnişin daşımalarını 5% artırıb
15:42 09.07.2026
Aktual
14 iyuldan MİQ üzrə test imtahanlarına start veriləcək
15:18 09.07.2026
Elm və Təhsil
Altı ayda 15 420 cinayət qeydə alınıb
14:45 09.07.2026
Gündəm
İranın Buşehr vilayətində partlayış səsləri eşidilib
14:19 09.07.2026
Dünya
Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi
14:06 09.07.2026
Gündəm
Peskov: Tramp hələ ki NATO sammitindən sonra Putinə zəng etməyib
13:57 09.07.2026
Dünya
Tramp: Putin və Zelenski sülh sazişi imzalamaq istəyir
12:51 09.07.2026
Gündəm
Sabunçuda 48 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO
12:44 09.07.2026
Hadisə
Limonadlı qəhvə yeni trendə çevrilir
12:33 09.07.2026
Sağlamlıq
Britaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
12:33 09.07.2026
Dünya