Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan MDB Hökumət Başçıları Şurasının Minskdə keçiriləcək iclasında onlayn iştirak edəcək. Baş nazir Nikol Paşinyan iclasda iştirak etməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a baş nazirin müavininin mətbuat xidmətindən məlumat verilib.
“Baş nazirin müavini Mqer Qriqoryan MDB Hökumət Başçıları Şurasının Minskdə keçiriləcək iclasında videokonfrans formatında iştirak edəcək”, - mətbuat xidməti bildirib.