
Koçaryan Sarkisyan əleyhinə ifadə verə bilər -Politoloq
05:00 31.10.2025
Cənubi Qafqaz
380
Paşinyan müxalifətin birləşməsinə imkan verməmək üçün bu oyunu qurur
Ermənistanın üçüncü Prezidenti Robert Koçaryan öz varisi Serj Sarkisyana qarşı açılmış iş üzrə şahid qismində çıxış edə bilər. Bu barədə məhkəmə iclasında prokuror Qorik Ovakimyan məlumat verib. Hadisə Yerablur hərbi panteonunun yaxınlığındakı torpaq sahələrinin 2005-ci ildə, Koçaryanın prezident, Sarkisyanın isə müdafiə naziri olduğu dövrdə özəlləşdirilməsi ilə bağlıdır. Torpaq sahələri o vaxt Müdafiə Nazirliyinin mülkiyyətində olub. Prokuror bildirib ki, istintaq zamanı Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan və Serj Sarkisyanın mühafizə rəisi Vaçaqan Qazaryan da şahid qismində çağırılacaqlar. Köçəryanın şahid kimi prosesdə dindirilməsi onu göstərir ki, o da Sarkisyanla bərabər bu işə görə məsuliyyətə cəlb edilə bilər.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a deyib ki, həmin dövrdə Sarkisyan müdafiə naziri olsa da, ölkənin rəhbəri Koçaryan olub. Ekspert vurğulayıb ki, bu iki şəxsin arasında hələ o vaxtdan ciddi ortaqlığının olduğu bilinən bir fakt idi:

"2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra keçmiş prezidentlərin arasında "soyuq küləklər" əsməyə başladı. Bu isə Koçaryanın Sarkisyan əleyhinə şahidlik etmək riskini artırır. Ola bilər ki, özünü məsuliyyətdən qurtarmaq üçün bu yola əl atsın. Əgər bu hal baş verərsə, bu, Ermənistan müxalifəti daxilində qarşılıqlı ittihamları artıracaq və beləliklə, müxalifət daxilində parçalanma sürətlənəcək. Seçki öncəsi baş verən bu hadisə Paşinyana sərf edir. Ermənistan iqtidarının əsas hədəfi gələn il keçiriləcək parlament seçkilərində müxalifətin birləşməsinə imkan verməməkdir. Paşinyan hökuməti son zamanlarda Rusiyaya bağlı olan keçmiş nəsil siyasətçilərin nüfuzdan salınması istiqamətində fəal iş aparır. Əsas məqsəd onları siyasət səhnəsindən tamamilə uzaqlaşdırmaqdır. Bu fakt onu göstərir ki, Rusiyanın Ermənistandakı əvvəlki nüfuzu mövcud deyil".
Analitik qeyd edib ki, Ermənistan siyasətində istər iqtidar, istərsə də müxalifətin içində Qərbə bağlı fiqurlar güclənməkdədir:
"Rusiyanın ardıcıl şəkildə Koçaryan-Sarkisyan cütlüyünə dəstək verməsi faktı da onu göstərir ki, Moskva Ermənistanda yeni nəsil siyasətçilər arasında özünə sadiq kadrlar tapa bilmir. Baş verən hadisə eyni zamanda Rusiyanın Sarkisyanı zəiflətmək cəhdi də ola bilər. Son zamanlar kifayət qədər aktivləşən keçmiş prezident Qərb ölkələrinin siyasi dairələri ilə də müəyyən danışıqlar aparırdı. Bu, Moskvanın qəzəbini çəkə bilər. Ancaq ümumilikdə, bu hadisə ən çox Paşinyana sərf edir. Proses uğurla nəticələnərsə, "Qarabağ klanı"na mənsub siyasətçilərin sonu gələr. Bu isə artıq Ermənistanda bir dövrün sonunun yaxınlaşması deməkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm