Gürcüstan Baş nazirinin Trampa məktubu cavabsız qalıb
08:03 21.05.2025
Cənubi Qafqaz
328
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ABŞ Prezidenti Donald Trampa və vitse-prezident Ceyms Devid Vensə ünvanladığı açıq məktubuna cavab almayıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə baş nazir jurnalistlərə açıqlmasında deyib.
O qeyd edib ki, susqunluğun özü çox vacib cavabdır.
İ.Kobaxidze, həmçinin ABŞ Konqresində dəstəklənən “Megobari Akt” sənədini gürcü xalqına, Gürcüstanın müstəqilliyinə və suverenliyinə qarşı düşmənçilik aktı adlandırıb.
Qeyd edək ki, baş nazir ABŞ prezidenti və vitse-prezidentinə aıq məktubla mayın 13-də müraciət edib. O bildirib ki, Gürcüstan hökumətinin ABŞ ilə strateji tərəfdaşlığın təmiz səhifədən, konkret yol xəritəsi ilə yeniləməyə hazır olduğu barədə bəyanatlarına hələ cavab alınmayıb. Bununla yanaşı, Gürcüstan və ABŞ hökumətləri arasında bu günə qədər ən yüksək səviyyədə ünsiyyətin olmadığı vurğulanıb.
Xatırladaq ki, Tbilisi-Vaşinqton münasibətlərində böhran ötən ilin noyabrından hökm sürür. ABŞ noyabrın 30-da Gürcüstanla strateji tərəfdaşlığı dayandırıb. Ağ Evin yeni rəhbərliyi Gürcüstanla bağlı mövqeyini rəsmi olaraq hələ açıqlamayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm