Paşinyan: II Qareginlə yalnız bir şərtlə görüşərəm

Ermənistan Baş nazir Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginlə yalnız bir gündəmlə görüşməyə hazır olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib.

“Onu bir gündəmlə qəbul etməyə hazıram: ləyaqətli şəkildə vəzifədən getməsini təmin etmək gündəmi ilə. Hansı an görüşməyə hazır olsa, mən də hazıram”, - Paşinyan qeyd edib.