
Paşinyan-Kilsə savaşı: Ermənistan tarixi qarşıdurmaya sürüklənir
12:31 29.08.2025
Cənubi Qafqaz
459
Rusiya hərbi və siyasi gücünün yetərsizliyini anladıqdan sonra son və gizli kartını-Ermənistan Apostol Kilsəsini ortaya qoydu
Ermənistan hökumətinin Ermənistan Apostol Kilsəsinə qarşı münasibəti artıq gizli mübarizə səviyyəsindən açıq qarşıdurma mərhələsinə keçib. Ermənistanın tanınmış politoloqlarından biri olan Suren Surenyants bildirib ki, Baş nazir Nikol Paşinyan “bütün ermənilərin katolikosu II Qaregini vəzifəsindən uzaqlaşdırmaq və bu məqsədinə çatmaq üçün səylərini gücləndirəcək”. Onun sözlərinə görə, hökumət artıq bu istiqamətdə konkret addımlar atmağa qərarlıdır.
Baş nazirin özü də bu mövqeni açıq şəkildə təsdiqləyib. O, avqustun sonunda keçirdiyi brifinqdə bildirib ki, onun kilsəyə münasibəti dəyişməyib və dəyişməyəcək. Paşinyanın fikrincə, Ktriç Nersisyan (yəni II Qaregin) artıq öz mövqeyində qala bilməz və taxtdan getməlidir. Bu bəyanat onu göstərir ki, mübarizə artıq son mərhələyə daxil olub və yaxın vaxtlarda daha sərt siyasi-dini qarşıdurmalar müşahidə oluna bilər.
Politoloq Əli Mustafa Sherg.az-a Paşinyan-Kilsə qarşıdurmasını şərh edib:

"Paşinyan hakimiyyətə gəldikdən sonra davamlı şəkildə Rusiyanın müxtəlif formalarda təzyiqləri və təhdidləri ilə üzləşib. O bu təzyiqlərə müəyyən qədər tab gətirə bildi və paralel olaraq Rusiyanın ona təsir imkanlarını zəiflətmək və aradan qaldırmaq istiqamətində addımlar atdı.
Bu, sırf ölkədaxili siyasi mübarizə deyil, əslində Ermənistanı yenidən vassal dövlətə çevirmək istəyən Rusiya ilə mövcud hakimiyyət arasında gedən geosiyasi qarşıdurmadır. Rusiya bu mübarizədə bir sıra alətlərdən istifadə edib: keçmiş prezidentlər, “beşinci kolon”, ordudakı bəzi generallar vasitəsilə bir neçə dəfə Paşinyana qarşı təzyiqlər və çevriliş cəhdləri təşkil olunub. Lakin bu cəhdlər uğursuz alınıb. Rusiya hərbi və siyasi gücünün yetərsizliyini anladıqdan sonra son və gizli kartını-Ermənistan Apostol Kilsəsini ortaya qoydu. Paşinyan başa düşdü ki, qarşısında daha güclü və dərin təsirə malik bir institut var. Araşdırmalar nəticəsində məlum oldu ki, Ermənistan Apostol Kilsəsinin rəhbəri II Qaregin Rusiyanın təsiri altındadır və onun xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir. Paşinyana II Qarigenlə bağlı lazım olan onun nöqsanları, günahları, övladı barədə-bütün məlumatlar verildi. Xristian qanunlarına görə rahiblər ailə qura bilməz. Amma II Qarigen bu andı pozub. Kilsənin Paşinyana qarşı açıq mövqe tutması, hökumətə bu quruma qarşı mübarizəyə başlamaq üçün əsas verdi".
Politoloq bunun həm hakimiyyət, həm də Paşinyanı hakimiyyətə gətirən qüvvələrlə Rusiya arasında Ermənistan uğrunda savaş olduğunu bildirib:
"Burada bütün imkan və resurslar səfərbər olunub, çox amansız qarşıdurma var. II Qaregin birbaşa şəkildə siyasi fəaliyyət göstərmir, lakin hökumət müəyyən edib ki, digər keşişlərin arasında onun da adı var. Paşinyan hökuməti təkcə həmin keşişlərə qarşı deyil, həm də Qareginin özünə qarşı mübarizə aparır. Son zamanlar onun Ermənistandakı nüfuzu xeyli azalıb və cəmiyyətin müəyyən kəsimi artıq Qareginin Ermənistandan daha çox Rusiyanın maraqlarına xidmət etdiyini anlayıb. Paşinyan başladığı bu yoldan geri çəkilə bilməz. O, bu qarşıdurmanı sona qədər aparmalıdır. Onun əlində bir çox siyasi və inzibati alətlər mövcuddur. Lakin unudulmamalıdır ki, kilsənin də cəmiyyətdə dərin kökləri və müəyyən muxtariyyəti var. Buna baxmayaraq, II Qareginin vəzifədən uzaqlaşdırılması mümkün görünür. Kilsənin daxilində də onu dəstəkləməyən xeyli sayda din xadimi var. Paşinyan administrasiyası bu dəstəksizlikdən istifadə edərək II Qareginə qarşı mübarizəni davam etdirir və onu tamamilə neytrallaşdırmağa çalışır. Əks təqdirdə, kilsənin siyasi təsir imkanları hökumət üçün daimi təhdid olaraq qalacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Meloni Ermənistanla bağlı yeni təklif verdi
13:57 03.08.2026
Dünya
Fələstinin Azərbaycandakı səfirliyinə maliyyə yardımı göstəriləcək
13:35 03.08.2026
Gündəm
Ukrayna ordusu əks-hücuma keçdi, Rusiyanın planı pozuldu
13:23 03.08.2026
Dünya
Ömər Çelik: Ərdoğanı diktatorla müqayisə etmək...
13:16 03.08.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
13:08 03.08.2026
Gündəm
Qubada maşın aşıb, 3 nəfər xəsarət alıb
12:57 03.08.2026
Hadisə
Puşilin: Nikolayevkanın kənarında şiddətli döyüşlər gedir
12:27 03.08.2026
Gündəm
Kart limiti vətəndaşı yenidən nağd pula qaytara bilər - EKSPERT
12:24 03.08.2026
Aktual
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
12:04 03.08.2026
Hadisə
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı