Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Malatiya bazarında vətəndaşlarla görüş zamanı yaxın vaxtlarda Rusiyaya səfər edəcəyini bildirib.
Teleqraf xəbər verir ki, görüş zamanı qadın vətəndaş Rusiyada qohumlarının olduğunu deyərək Paşinyandan bu ölkə ilə münasibətləri korlamamağı xahiş edib.
“Nə danışırsınız? Mən tezliklə Rusiyaya gedirəm. Hansı düşmənlik? Rusiya bizim dost ölkəmizdir,” – deyə Paşinyan narahatlıqlara cavabında deyib.