
Petrosyandan Paşinyana müharibə mesajı: Yenə uduzacaqsan
13:17 25.06.2025
Cənubi Qafqaz
381
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bütün ermənilərin katolikosu II Qaregini şəxsi iqamətgahında qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə sabiq prezidentin mətbuat katibi Arman Musinyan məlumat verib.
“Bir saata yaxın davam edən söhbət zamanı Ermənistandakı mövcud vəziyyət qiymətləndirilib, Baş nazir Nikol Paşinyanın kilsəyə qarşı elan etdiyi müharibə kontekstində məsələlər müzakirə olunub.
Birinci prezident görüşdə Paşinyanı “məğlubiyyətin təcəssümü” adlandırıb və qeyd edib ki, o, Qarabağ müharibəsində biabırçı şəkildə uduzub və erməni kilsəsinə qarşı elan etdiyi müharibədə də uduzacaq”, - Musinyan bildirib.

Levon-Ter Petrosyan görüşdə Nikol Paşinyana qarşı II Qareginə dəstəyini bəyan edib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz. Həmçinin o, katolikosu Ermənistan dövlətinin maraqlarına qarşı fəaliyyətlərdə günahlandırıb.
Ermənistan hökumətinin başçısı Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və bu məqsədlə koordinasiya şurasının yaradılmasına çağırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət