
Politoloq: Gürcüstan və Azərbaycanın əlaqələrinin daha da genişlənməsi gözlənilir
11:15 11.03.2025
Cənubi Qafqaz
419
Gürcüstanda səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkənin Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
Məlumatı Baş nazirin mətbuat xidməti yayıb.
Bildirilib ki, tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq, birgə regional layihələr, iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüşdə hər iki ölkənin Baş nazirlərinin həmsədrliyi ilə cari ilin yanvarında keçirilmiş Gürcüstan və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasının səmərəliliyi qeyd olunub və əməkdaşlığın dərinləşməsində yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb.
Tərəflər Orta Dəhlizin səmərəli fəaliyyətinin təşviqini də müzakirə ediblər.
Görüş zamanı Cənubi Qafqaz regionunda sülhün və sabitliyin vacibliyi vurğulanıb.
Hökumət başçısı qeyd edib ki, Gürcüstan gələcəkdə də regionda sülhün və rifahın təmin edilməsinə töhfə verməyə hazırdır.
Politoloq Turab Rzayev "Sherg.az"a bildirib ki, Gürcüstanla aparılan müzakirələrdə əsasən iki vacib məsələ ön plana çıxır:

"Birincisi, iqtisadi tərəfdaşlıqdır. Azərbaycan Gürcüstanın əsas iqtisadi tərəfdaşı olmaqla yanaşı, bu ölkə də Azərbaycanın dünyaya və dənizlərə açılan əsas qapısı rolunu oynayır. Azərbaycan Gürcüstanı dünya bazarına çıxış nöqtəsi kimi görür və strateji əhəmiyyət daşıyan qaz, enerji, nəqliyyat və digər layihələr məhz onun ərazisindən keçir. İqtisadi sərmayə, investisiyalar, turizm və digər sahələrdə əməkdaşlıq baxımından Azərbaycan Gürcüstanın ən mühüm tərəfdaşlarından biridir və bu ölkənin iqtisadi prioritetlər sırasında önəmli yer tutur. Buna görə də iki ölkə arasında müzakirə ediləcək çoxsaylı məsələlər mövcuddur.
Bundan başqa, Azərbaycanla Gürcüstan arasında əvvəllər həyata keçirilmiş və gələcəkdə icra olunacaq enerji layihələri də diqqət mərkəzindədir. Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan elektrik ötürmə xətti, Orta Dəhliz layihəsi və digər strateji planlar çərçivəsində hər iki ölkə sıx əməkdaşlıq edir. Azərbaycan hətta Gürcüstanın Qara dəniz limanlarına investisiya qoymaqda maraqlıdır ki, bu da iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə səbəb olacaq".
Politoloq əlavə edib ki, beynəlxalq siyasi münasibətlərin getdikcə gərginləşdiyini nəzərə alsaq, Gürcüstanın üzləşdiyi çətinliklər daha da aydın görünür:
"Ukrayna böhranı, ABŞ-Avropa arasındakı fikir ayrılıqları, regionda – xüsusilə Suriya məsələsi ətrafında baş verən proseslər, Türkiyənin Tehranla münasibətlərində yaranan gərginlik və Gürcüstana qarşı artan sanksiyalar, maliyyə yardımlarının azalması və Qərbin təzyiqlərinin güclənməsi bu ölkəni çətin vəziyyətə salıb. Gürcüstan hazırda mürəkkəb və həssas bir dönəmdən keçir.
Belə bir şəraitdə Bakı və Tiflis arasında əməkdaşlıq daha da əhəmiyyətli xarakter alır. Hər iki ölkə regionda "stress partnyor" olmaqla yanaşı, hətta strateji müttəfiq hesab edilə bilər. Təhlükəsizlik sahəsində davamlı məsləhətləşmələrə ehtiyac var və bu kontekstdə Azərbaycan, Gürcüstan və Türkiyə birgə təhlükəsizlik platforması formalaşdırıb. Bu üç ölkə xarici təhlükələrə qarşı birlikdə müdafiə strategiyaları hazırlayır və geostrateji model qurur.
Eyni zamanda, Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında sülh prosesi başlasa, bu, ümumi regional inkişafda mühüm dəyişikliklərə gətirib çıxara bilər. Nəticədə, Gürcüstan və Azərbaycanın əlaqələrinin daha da genişlənməsi gözlənilir. Hər iki ölkənin Qərblə münasibətlərində bəzi gərginliklər olsa da, Rusiya tərəfindən də zaman-zaman təzyiqlərə məruz qalırlar. Bütün bu amilləri nəzərə alaraq, hər iki dövlətin fəaliyyət planlarını müəyyənləşdirməsi və mütəmadi görüşlər keçirməsi böyük əhəmiyyət daşıyır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya
İrlandiya parlamentariləri Xankəndiyə səfər ediblər
18:21 23.04.2026
Siyasət
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib
18:14 23.04.2026
Media
Berlində qalmaqal: Pəhləviyə hücum - üzərinə qırmızı maye atıldı
18:07 23.04.2026
Gündəm
ABŞ Prezidenti: İranın liderinin kim olduğu məlum deyil
17:59 23.04.2026
Gündəm
Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ
17:59 23.04.2026
Gündəm
Rumıniyada baş nazirin müavini və altı nazir istefa verib
17:53 23.04.2026
Dünya
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
17:27 23.04.2026
Gündəm