
Putin Cənubi Qafqazda təklənmiş vəziyyətdədir: Kreml Valuyevvari "hürmək" siyasətini dayandırmasa....
13:58 11.02.2025
Cənubi Qafqaz
652
Çətin ki, Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini qəbul etsin.
Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
O, buna ehtimalın az olduğunu vurğulayıb.
Qeyd edək ki, Kreml Ermənistan rəsmilərinin Rusiyanın İrəvanla Bakı arasında danışıqlarda vasitəçi ola bilməyəcəyi ilə bağlı bəyanatlarına münasibət bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Bakı və İrəvanən danışıqları müstəqil aparmağa qadir olduqlarını söyləyib.
"Rusiya İrəvanla Bakı arasında danışıqlara kömək etməyə hazırdır, lakin onlar danışıqları müstəqil aparmağa qadirdirlər", - Kremlin sözçüsü vurğulayıb.
Peskov Rusiya Federasiyası üçün Cənubi Qafqazda sülh və proqnozlaşdırıla bilənliyin, regionun tərəqqi ərazisinə çevrilməsinin vacib olduğunu söyləyib.
Politoloq Əhəd Məmmədli "Sherg.az"a deyib ki, Azərbaycan-Rusiya münasibətlərinin soyuq dövründə Ermənistan spikerinin fikirləri bizim mövqeyimizə cavab verir:

"Putin Cənubi Qafqazda təklənmiş vəziyyətdədir. Bu, Rusiyanın regionda istər-istəməz özünə müttəfiq axtarışına və ayrı-ayrı ölkələrlə əlaqələrini normallaşdırmağa vadar edəcək. Son 2-3 ildə, məhz AZAL təyyarəsinin qəzaya uğramasına qədər Kremlin Azərbaycanla münasibətləri yüksəliş dövrünü yaşayırdı. İndiki məqamda Ermənistan yenə də Qərbin ətəyindən yapışıb. Əgər Rusiyanın Azərbaycanla əlaqələri korlanmağa doğru gedərsə, bu, onun Cənubi Qafqaz siyasətinin uğursuzluğunun və dalana getdiyinin göstəricisi olacaq. Bunun baş verməməsi üçün isə Rusiya Azərbaycanın qarşısından geri çəkilməyə məcbur qalacaq. Yəni təyyarənin qəzaya uğraması ilə bağlı üzr istəyərək təzminat ödəyəcək. Digər tərəfdən Alen Simonyan Putinə demək istəyir ki, "Azərbaycanla münasibətləri pisləşdirdin, Ermənistan da səndən uzaqlaşır". Düşünürüəm ki, Kreml Valuyevvari "hürmək" və hədə-qorxunu dayandırıb rəsmi Bakıya tərəf addımlamaq siyasətinə keçəcək. Digər tərəfdən Azərbaycan tərəfi sülh danışıqlarında 3-cü dövlətin vasitəçiliyini istəmir və ehtiyac duymur. Çünki dövlətimiz gücünə, tutduğu mövqeyə və haqlılığına əmindir".
Politoloq əlavə edib ki, Nikol Paşinyan hakimiyyətə gələndən sonra Rusiya ilə uzaqlaşmaq yolunu tutdu:
"Üstəlik, müharibədə məğlub olduqdan, Qarabağı tamamilə itirdikdən sonra bu siyasətini daha da sürətləndirdi. Paralel olaraq, Rusiya-Ermənistan iqtisadi əməkdaşlıq davam edir, hətta ticarət rekord rəqəmə çatıb. Balaca Ermənistanda nə var ki, ticari əlaqələr bu qədər genişdir? Çünki rəsmi Moskva qeyri-leqal yolla İrəvandan ehtiyaclarını ödəmək üçün istifadə edir və öz mallarını satır. Avropa isə buna heç nə demir, amma Azərbaycandan Rusiyaya qarşı sanksiya tətbiq etməsini istəyir. Ümumiyyətlə "eyni zamanda bir neçə stulda oturmaq" qədim erməni siyasətidir. Lakin belə siyasətlə sonda "stulsuz" qalırsan və yerə çırpılırsan".
Oxşar xəbərlər
Sülhün açarı İrəvanda: Ermənistan bu addımı atmasa, yeni mərhələ başlamayacaq - ŞƏRH
14:47 02.09.2026
Putin: Ermənistanın Aİ-yə üzvlük istəyi qanuni hüququdur, lakin bu, ölkənin Aİİ-dən çıxması anlamına gələcək
21:20 01.09.2026
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə