BMT-nin Ofis direktoru COP29-da transmilli cinayətkarlıqla mübarizə üçün çağırış edib

”Biz gün həm də Transmilli Cinayətkarlıqla Mübarizə günüdür, hamını mütəşəkkil cinayətkarlıqla mübarizəyə çağırırıq”.
APA-nın xəbərinə görə, bunu bu gün Bakıda COP29 çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşkilatçılığı ilə keçirilən “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda konfransda BMT-nin Narkotik Vasitələrin Dövriyyəsi və Cinayətkarlıqla Mübarizə Ofisinin direktoru Ghuda Val deyib.

“Transmilli Cinayətkarlıqla Mübarizə günündə hamını mütəşəkkil cinayətkarlıqla mübarizəyə çağırırıq. Kriminal ədaləti gündəliyə gətirmişik. İlk dəfə COP28-də Əbu-Dabi Çağırış Təşəbbüsü irəli sürmüşdük. Transmilli cinayətkarlıqla mübarizədə dövlətlər tərəfindən ciddi tədbirlər görülüb. Biz hüquq-mühafizə orqanlarına lazımi alət və imkanlar yaratdıqda bu sahədə mübarizə effektiv olacaq. Biz 2000-dən çox hüquq-mühafizə orqanı əməkdaşına təlim keçmişik”, - deyə Ghuda Val vurğulayıb.