Xarici QHT təmsilçiləri COP29-da iqlim dəyişmələrinə qarşı mübarizəyə daha çox pul ayrılması tələbi ilə aksiya keçiriblər

İqlim fəalları Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iqlim dəyişikliklərinə qarşı daha çox pul ayrılması tələbi ilə aksiya təşkil ediblər.

APA xəbər verir ki, xarici QHT təmsilçiləri “Mavi zona”da aksiyalar üçün müəyyən olunmuş ərazidə toplaşaraq, iqlim dəyişmələri ilə mübarizəyə daha çox vəsait ayrılmasını tələb ediblər.
Onlar əllərində müxtəlif plakatlar tutub, şüarlar səsləndiriblər.
Bir çox kiçik ölkəni təmsil edən aksiya iştirakçıları böyük ölkələr havanı daha çox çirkləndirdiyinə görə onların iqlim dəyişmələri ilə mübarizəyə daha çox vəsait ayırmasını tələb edirlər.