Azərbaycan “Nəqliyyat Dəhlizlərinin Təhlükəsiz və Effektiv Sistemlərinin İnkişafı”nın prioritet sahəsi üzrə koordinator kimi mühüm rol oynayır.
APA xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsinin (CICA) baş katibinin müavini Zhang Ling COP29 çərçivəsində keçirilən "Dayanıqlı Əlaqələrə Gedən Yollar: CICA və onun Üzv Dövlətlərinin, həmçinin Asiyada Regional Təşkilatların Təhlükəsiz, Effektiv və İqlimə Davamlı Nəqliyyat Dəhlizləri üçün Səyləri" adlı tədbirdə deyib.
O, qeyd edib ki, Avropa və Asiyanı birləşdirən əsas tranzit qovşağı kimi Azərbaycan davamlı əlaqənin transformativ potensialını nümunə göstərir:
"Bir çox CICA Üzv Dövlətlərinin tranzit ölkələr olduğunu nəzərə alsaq, nəqliyyat dəhlizləri genişləndirilmiş regional əməkdaşlığa dair kollektiv baxışımızın ayrılmaz hissəsidir".