Dubay şeyxinin arvadı 40 milyon oğurlayıb qaçıb


 
Birləşmiş Ərəb Əmirliyinin baş naziri, şeyx Məhəmməd ben Rəşid Al Maktuminin arvadı, 45 yaşlı Haya bin al Hüsseyin ölkədən qaçıb.

Axşam.az xəbər verir ki, o, özü ilə 40 milyon dollar götürüb. Bəzi mənbələr onun Almaniyadan sığınacaq istədiyini və hazırda orada olduğunu yazıb.

Şahzadə özü ilə 7 yaşlı oğlu Zayed və 11 yaşlı qızı Al Halilanı da aparıb. Haya dünyanın ən varlı insanlarından biri hesab edilən şeyxlə 2004-cü ildə ailə qurub.

O, iyunun 23-də evdən qaçıb. Onun ölkədən getməsinə alman diplomat kömək edib. Bu hadisə Almaniya ilə BƏƏ-liyi arasındakı diplomatik münasibətləri də korlayıb. Şeyx ölkədən arvadını təhvil verməsini istəsə də, buna nail ola bilməyib.

Haya İordaniyanın hazırki kralı II Abdallın doğma bacısıdır.