Putin İtaliyaya gedir


Rusiya prezidenti Vladimir Putin iyulun 4-ü İtaliyaya səfər edəcək.

APA -nın Kremlin saytına istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Vladimir Putin İtaliya prezidenti Sergio Mattarella və baş nazir Cüzeppe Konte ilə görüşəcək.

Vladimir Putinin Vatikana da səfəri gözlənilir. O, Roma Papası Fransisklə görüşəcək.