Türkiyə XİN: “Atılan raket mərmisi ilə bağlı Şimali Kipr xalqının yanındayıq”


Şimali Kipr TürkCümhuriyyətinə (KKTC) 1 iyul gecəsi atılan raket mərmisi ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

APA -nın Türkiyə bürosunun xəbərinə görə, açıqlamada bildirilib ki, KKTC Taşkənt bölgəsinə düşən raket nəticəsində partlayışvə yanğın baş versə də, yaşayış məntəqələrindən kənarda olduğu üçünmaddi itki və tələfata səbəb olmayıb.

Türkiyə XİN hadisə ilə bağlı KKTC rəhbərliyinə və xalqına keçmiş olsun diləklərini bildirərək, hadisə ilə əlaqədar KKTC hökumətinin BMT-yə və digər aidiyyətiqurumlara müraciətinə dəstək verdiyini bildirib: “Atılan raket mərmisi ilə bağlı Şimali Kipr xalqının yanındayıq”.