ABŞ-da ticarət mərkəzində partlayış: 23 nəfər xəsarət alıb

ABŞ-ın Florida ştatının Planşteyn şəhərindəki ticarət mərkəzində baş verən partlayış nəticəsində 23 nəfər xəsarət alıb, onlardan ikisi ağır yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "ABC7 News" telekanalı məlumat verib.

Qeyd edilir ki, xəsarət alanlardan biri azyaşlıdır.

Hadisə nəticəsində ölənlər barədə məlumat verilməyib.