Almanyada Qurana hörmətsizlik: Cırıb tualetə atdılar – VİDEO

Almaniyanın Hamburq şəhəri yaxınlığındakı Şlesviq qəsəbəsində müsəlman icmasının məscidinə nasistlər tərəfindən hücum edilib.
Flensburq polis idarəsinin yaydığı məlumata görə, hücum edənlər müqəddəs Quran kitabını cıraraq tualetə atıblar.Onlar dəstəmaz otaqlarında krantları çıxarıb, sabun qabı yerləşdirilən hücrələri qırıblar.
Yerli sakinlərdən cinayətin açılması üçün kömək istənilib. Bu fakt ərazidə məskunlaşmış müsəlmanların böyük narazılığına səbəb olub.