Əfqanıstanda partlayış: Xəsarət alanların sayı 179 nəfərə çatıb

Əfqanıstanda törədilmiş partlayış zamanı xəsarət alanların sayı artıb.

Bu barədə “Report” “Tolo News” telekanalına istinadən xəbər verir.

Ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsinin verdiyi məlumata görə, Qəzni şəhərində törədilmiş partlayış zamanı yaralananların sayı 179 nəfərə çatıb. “Pajvak” agentliyi isə bildirib ki, xəsarət alanlar arasında 36 uşaq da var.

Daha əvvəl partlayış zamanı 12 nəfərin həlak olduğu, 43 nəfərin xəsarət aldığı bildirilirdi.

Qeyd edək ki, hadisə kamikadze tərəfindən törədilib. Partlayışa görə məsuliyyəti “Taliban” hərəkatı üzətinə götürüb.