Türkiyənin Rusiyadan Su-35 və Su-57 qırıcılarını almaq imkanlarını nəzərdən keçirəcəyinə ümid edirik.
Axar.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Yuri Borisov deyib. O, yekun qərarın Ankara tərəfindən veriləcəyini bildirib:
“Ümid edirəm ki, Su-35 və Su-57 onları real olaraq maraqlandıra bilər. Qərarı onlar verəcəklər”.