ABŞ İranın Ermənistan üçün rolunu anlayır.
Axar.az xəbər verir ki, bunu Fransanın “Nouvelle d'Arménie”jurnalına müsahibəsində Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Heç bir səs-küylü bəyanat vermək istəmirəm, amma bizim diplomatlarımız bu planda vacib qələbə əldə edə biliblər. Görünür bizim amerikalılar tərəfdaşlarımız bu məsələni yaxşı başa düşdülər. Onlar başa düşməyə başladılar ki, Vaşinqton üçün İran bir şey, bizim üçün tamam başqa bir şeydir. Buna Amerika tərəfi ilə son kontaktlar şahidlik edir”, – deyə o bildirib.
Paşinyan Ermənistanın hazırda Tehranla münasibətlər məsələsində ABŞ-ın təzyiqlərinə məruz qalmadığını deyib.