Vaşinqton Kiyevə hərbi maliyyə yardımını azaltmayacaq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Milli Təhlükəsizlik Şurasının sədri Aleksandr Danilyuk deyib.
“Hazırda ABŞ bütün sferalar üzrə öz hərbi maliyyə yardımının effektivliyini analiz edir. Məncə bu məsələ məhz bu kontekstdə ortaya çıxıb. Ukraynaya hərbi dəstək ABŞ-ın birbaşa maraqlarına cavab verir. Ona görə də mən əminəm ki, bu dəstək təkcə qorunub saxlanmayacaq, biz onun artırılması barədə də danışa bilərik”, – deyə o bildirib.