Əgər avropalılar cümə axşamına qədər lazımi addımları atmasa, üçüncü mərhələyə başlayacağıq.
Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib. O, Avropa ölkələrinin nüvə razılaşması çərçivəsində verdikləri sözü tutmayacağı təqdirdə 3-cü mərhələnin başlayacağını bildirib.
Zərif 3-cü mərhələnin nə olmasına və məzmununa dair açıqlama verməyib.
Qeyd edək ki, İran Xarici İşlər nazirinin köməkçisi Abbas Arakçi iyulun 7-də İranın nüvə razılaşmasında öhdəliklərini azaltması ilə bağlı birinci mərhələnin sona çatdığını, 60 gün davam edəcək ikinci mərhələnin başladığını, bu mərhələdə uranın zənginləşdirmə səviyyəsinə və miqdarına riayət etməyəcəklərini bildirmişdi. Arakçi sözügedən müddətdə ölkəsinin gözləntiləri qarşılanmazsa, üçüncü mərhələyə keçəcəklərini söyləmişdi.