Ağlamasın deyə... körpəsini öldürüb basdırdı


 Rusiyada hamı bir yaşlı körpəsini öldürən anadan danışır. Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasında yaşayan 2 uşaq anası Yuliya Habirova (28), dörd gün əvvəl polisi arayaraq bir yaşlı oğlunun itdiyini söyləyibSherg.az türk mediasına istinadən xəbər verir ki, dərhal hərəkətə keçən təhlükəsizlik gücləri, şübhəli görünən ananı sorğuya çəkiblər. Habirova uşağını aclıq çəkdiyi üçün iplə boğaraq öldürdüyünü və evinin bağçasına basdırdığını etiraf edib. Ananın göstərdiyi yeri qazan qruplar, körpənin adyala sarılmış cəsədini aşkarlayıb. Polisin müşayiəti ilə hadisə yerinə baxış keçirilib. Göz yaşlarına boğulan ana, "Bir də heç ağlamaması üçün etdim. Ona yemək alacaq  pulum yox idi" deyib.





Rus mediası qadının ərinin bir müddət əvvəl evi tərk etdiyini, ananın oğlu və qızı ilə ilə tək yaşadığını yazıb. Hadisə zamanı evdə olan Habirovanın beş yaşlı qızı psixoloqlara yaşananları belə nəql edib:
 "Anam o gün içkili idi, qardaşımsa çox ağlayırdı, bir anda səsi kəsildi" .
Hadisə ilə əlaqədar istintaqın davam edir, nəzarətə alınan ananın 20 ilə qədər həbs cəzası alacağı gözlənilir.