Beyin ölümü gerçəkləşən qadın uşaq doğdu


 
Çexiyada yaşayan 27 yaşlı Mrtva Eva 16 həftəlik hamilə olarkən iflic olub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, qadının beyin ölümü gerçəkləşib. Süni nəfəs aparatına qoşulan Eva 3,5 ay sonra uşaq dünyaya gətirib.

2,1 kilo olaraq doğulan körpənin tam sağlam olduğu bildirilir. Lakin onun anası ailəsinin icazəsi ilə doğumdan sonra süni nəfəs aparatından ayrılaraq vəfat edib.