Əfqanıstanda 150 yaraqlı hökumət qüvvələrinə təslim olub




Əfqanıstanın şərqdə yerləşən Kunar əyalətində 150 radikal yaraqlı hərbi qüvvələrə təslim olub.

APA-nın RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə vilayət qubernatorluğunun yaydığı məlumatda bildirilib. 

Qeyd edilib ki, təslim olanlar arasında "Taliban" radikal hərəkatının 110 üzvü və "İslam Dövləti" terror qruplaşmasının 40 yaraqlısı var. 

Əyalət qubernatorunun müavini, təhlükəsizlik rəsmiləri yaraqlıların qərarını alqışlayaraq onların bu hərəkətinin barışıq və münaqişənin həlli prosesində vacib bir addım olduğunu qeyd ediblər.