Yataqda "Gözlərini bağla" dedi, sonrası qorxunc



Laura Mey səhərə yaxın yataq otağında başına gələcəkləri təxmin belə edə bilməzdi. Laura və Şaun axşam saatlarında əvvəl televiziya izləyib, kənardan ismarladıqları pizzanı yeyib, sonra yuxuya getdilər. Sherg.az türk mediasına istinadən xəbər verir ki, qadın səhər 05.00 radələrində oyandı. Bu zaman əri yataq otağına gəldi.



 
Çütlük yataq otağında cinsi əlaqəyə girdi. Əlaqədən sonra kişi arvadına bir hədiyyəsi olduğunu söylədi, gözlərini bağlamasını istədi. 34 yaşlı Şaun Lauranın gözlərini bir dəsmalla bağladı, qadın yataqda uzanaraq sürprizi gözləməyə başladı.  Təxminən 10 dəqiqə gözlədi, ərinə "Tez ol, nədir o. Xoşum gələcəkmi ?" deyə soruşdu. Gözlərini bağlı saxlamağa davam etdi. Əri 10-a qədər saydı, Laura da 'Haydı, Şaun' deyə qışqırırdı.
Adam heç 10-a qədər saymadı, qadın lap səbirsizləndi, qısa bir səssizlik oldu. Birdən qadın  bir zərbə hiss etdi, gözlərini açdı və ərini iki əlində də bıçaqla qarşısında gördü. Kişi onu  bıçaqlamaqla təhdid edərək, bir neçə gün öncə işdən qovulduğunu söylədi. Amazondan şirkətin hesabını istifadə edərək şəxsi sifariş verərkən tutulmuşdu. Artıq ev kreditini ödəyə bilməyəcəkdilər, hər şeyi məhv edib batırmışdı. Bir az sonra arvadını boynundan və sol çiyinindən bıçaqladı. Laura gözlərini açıb,  'Bu gerçək ola bilməz" dedi. Ancaq Şaun soyuqqanlı idi, arvadına "Bu gerçəkdir" deyə cavab verdi. Boynuna dəyən bıçaq zərbəsi şah damarına qədər çatmışdı.
Qadın beləcə 6 illik əlaqədən sonra evləndiyi kişinin hücumuyla özünü itirdi, hamamdakı tualet tamamilə qana bələnmişdi.
Məhkəmədə kabus kimi gecədən danışan Laura Mey, əriylə beş gün əvvəl Cənubi Koreya səyahətindən döndüyünü də söyləyib.

Turan