Onların Suriyada təkbaşına əməliyyata başlama ehtimalları var, lakin bu ortaq maraqlarımız üçün faydalı olmaz
Türkiyənin Suriyada yaradılacaq təhlükəsizlik zonasını təkbaşına idarə etməsi ortaq maraqlarımıza uyğun deyil. Sputnik Türkiyə xəbər verir ki, bunu Birləşmiş Ştatların Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danford Xarici Əlaqələr üzrə Komitədə çıxışı zamanı bildirib.
"Türkiyənin Suriya ilə olan sərhədə dair haqlı narahatlıqları var. Onlarla davamlı olaraq dialoq vəziyyətindəyik, son həftələr həddən artıq çalışırıq. Suriyada ortaq əməliyyata dair mərkəzin qurulması barədə razılıq əldə olunub", - deyə Danford qeyd edib.
"Türkiyənin narahatlığını aradan qaldıra bilərik" deyən Danford rəsmi Ankaranın Suriyada yaradılacaq təhlükəsizlik zonasını təkbaşına idarə etməsinin ortaq maraqlara uyğun olmadığını da vurğulayıb: "Onların Suriyada təkbaşına əməliyyata başlama ehtimalları var, lakin bu, ortaq maraqlarımız üçün faydalı olmaz".
Danford, İŞİD-lə mübarizdə Suriya Demokratik Qüvvələrinə (SDQ) dəstək verildiyini də bildirib:"Hazırda SDQ-nin İŞİD-in qalıqları ilə daha effektiv mübarizəsi üçün koalisiyanın dəstəyinə ehtiyac var. Terrorçulardan azad olunan bölgələrdə təhlükəsizliyin təmin olunması üçün yerli güclərə təlimlərin keçilməsi də önəmlidir".