İngiltərənin Əmək naziri Amber Rudd istefa verib.
Axar.az xəbər verir ki, o, bu barədə Tvitter səhifəsində yazıb.
Rudd Baş nazir Boris Consonun Mühafizəkar Partiyasından olan 21 millət vəkilini parlamentdən xaric etməsinə görə istefa verdiyini bildirib.
Qeyd edək ki, bu Conson kabinetində ikici ayrılıqdır. Bundan əvvəl də Consonun qardaşı Co Conson istefa vermişdi.