Xameneyi: "ABŞ qarşısında geri çəkilməyəcəyik"

İranın Ali dini lideri Əli Xameneyi Amerika Birləşmiş Ştatlarının (ABŞ) sanksiyaları qarşısında məğlub olmadıqlarını söyləyib.  Xameneyi şəxsi “Twitter” hesabında ABŞ-ı təhdid edərək, İranın öhdəliklərini azaltmağa davam edəcəklərini bildirib.

“İstədiyimiz nəticəni əldə edənə qədər, İranın öhdəliklərini dəqiq, dolğun və əhatəli şəkildə azaltmağa davam edəcəyik”, - o vurğulayıb.

Ali dini lider İnqilab Keşikçiləri Korpusunun (SEPAH) hərbçiləri qarşısında da çıxış edib: “Amerikalı rəsmilər İranın təslim olduğunu göstərmək üçün İran Prezidentini görüşlərə məcbur edirlər. Onlar Prezidentimizi görüşlərə məcbur edirlər ki, simvolik olaraq bizim təslim olduğumuzu göstərsinlər”.