ABŞ İrana sanksiyaları genişləndirdi

ABŞ İrana tətbiq etdiyi sanksiyaları genişləndirib.

Axar.az xəbər verir ki, bu məlumatı ABŞ Dövlət Departamenti paylaşıb. Məlumata görə, yeni sanksiyalar tikinti sektoruna qarşı tətbiq edilib. Sanksiya tətbiq edilən şirkətlərin SEPAH-ın tabeliyində olduğu vurğulanıb.

Yeni sanksiyalara əsasən, həmçinin İrana nüvə və raket proqramlarında istifadə ediləcək bəzi materialların da tədarükü qadağan edilib. Siyahıda işlənmiş və yarı işlənmiş metallar, qrafit, kömür də yer alıb.