Tramp Qələbə Günü Moskvaya səfər etməkdə maraqlıdır - RUSİYA

ABŞ Prezidenti Donald Tramp 2020-cı ilin mayın 9-da İkinci Dünya Müharibəsində Qələbənin 75 illiyi qeyd edilən günlərdə Moskvaya səfər etməkdə maraqlı olduğunu bildirib.

“İnterfaks” xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

Lavrovun sözlərinə görə, bu barədə Tramp XİN rəhbərinin Vaşinqtona səfəri zamanı danışıb.

“ABŞ Prezidenti Donald Tramp bu tarixin vacibliyini və qrafiki imkan verəcəyi halda bu tədbirlərdə iştirak etməkdə maraqlı olduğunu qeyd edib”, - Lavrov vurğulayıb.