Əgər Avropa siyasi iradə göstərsə, biz hazırıq - Bayraqdar

Qətər qazı mövcud boru kəməri infrastrukturundan istifadə edərək, müqavilələr əsasında Avropaya tədarük edilə bilər və bunun üçün bizə sabit Suriya və sabit bölgə lazımdır.

Axar.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar deyib.

Bayraqdar qeyd edib ki, Avropa ölkələri müvafiq siyasi iradə nümayiş etdirərsə, türkiyə hər il qitəyə 10 milyard kubmetrədək qaz tədarükünə hazırdır.