Olaf Solz fevralın 23-dək Moskvaya səfər edə bilər

Almaniya kansleri Olaf Solz fevralın 23-dək Moskvaya səfər edə bilər
Almaniya kansleri Olaf Şolz parlament seçkiləri öncəsi Moskvaya səfər edə bilər.

APA xəbər verir ki, bu barədə Bundestaqın deputatı, Xristian Demokrat İttifaqının xarici siyasət üzrə eksperti Roderik Kizevetter “X” hesabında bildirib.

“Kansler Şolzun fevralın 23-dən əvvəl Moskvaya gedəcəyi, yəni Putinlə görüşəcəyi barədə getdikcə daha çox məlumat ortaya çıxır”, - deputat vurğulayıb.