SEPAH meydan oxudu: 110 minlik ordu hərəkətə keçir

İran İslam İnqilabı Keşikçiləri Korpusunun 110 mindən çox əsgərinin iştirakı ilə yaxın günlərdə “Qüds zəvvarları” irimiqyaslı təlimləri keçiriləcək.

Axar.az xəbər verir ki, bunu Tehranda SEPAH-ın komandanı, briqada generalı Həsən Həsənzadə deyib.

Generalın sözlərinə görə, bu cür təlimlər “Müqavimət cəbhəsi”nə SEPAH qüvvələrinin dəstəyi dayandırmayacağını göstərmək məqsədilə keçirilir:

“Bu təlimlər zamanı düşmən “Bəsic” qüvvələrinin gücünün yalnız kiçik bir hissəsini görəcək”.