Rusiya ATACMS-ları vurub, xəbərdarlıq etdi

S-400 zenit-raket kompleksinin və Pantsir-SM zenit-raket kompleksinin ekipajları Belqorod vilayətində Ukrayna ərazisindən atılan ABŞ istehsalı olan bütün ATACMS operativ-taktiki raketlərini məhv edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

MN-in məlumatına görə, Ukrayna Silahlı Qüvvələri yanvarın 3-də hücuma cəhd edib:

“Raket əleyhinə döyüş zamanı S-400 zenit-raket kompleksinin və Pantsir-SM zenit-raket kompleksinin ekipajları bütün ATACMS raketlərini vurublar”.

Rusiya MN qeyd edib ki, Kiyev rejiminin Qərb kuratorları tərəfindən dəstəklənən hərəkətlərinə cavab olaraq cavab tədbirləri görüləcək.