Tehranda pensiyaçılar parlament binasının qarşısında aksiya keçiriblər.
APA-nın Tehran bürosunun məlumatına görə, aksiya iştirakçıları pensiyaçıların yaşayış səviyyəsinin aşağı olmasına etiraz ediblər.
Etirazçılar parlamentdən pensiyaçıların məişət şəraitinin yaxşılaşdırılması üçün səy göstərməyi tələb ediblər.