Samaradan Bakıya yeni aviareys açılır


Rusiyanın Samara şəhərindən Bakıya yeni aviareys açılır.

AZƏRTAC Samaranın “Kurumiç” beynəlxalq aeroportunun mətbuat xidmətinə istinadla xəbər verir ki, uçuşları “IrAero” aviaşirkəti həyata keçirəcək. Samaradan Bakıya birbaşa uçuşlar həftədə bir dəfə, çərşənbə günləri yerinə yetiriləcək.

Təyyarə Samaradan saat 01:20-də qalxıb, yerli vaxtla 04:10-də Bakıya çatacaq. Uçuşlar “Sukhoi Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək.