Rusiyalı senator Aleksey Puşkov NATO Baş katibi Yens Stoltenberqin Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istəyini bildirməsini taktiki manevr kimi qiymətləndirib.
“İzvestiya” xəbər verir ki, Puşkov Stoltenberqin təşəbbüsünün son dövrlərdə NATO-nun ümumi xəttinin əksinə hərəkət edərək Rusiya ilə dialoq tərəfdarı olan Fransa Prezidenti Emmanuel Makronla bağlı olduğunu qeyd edib.
“Məsələ görüşün nəyə görə baş tutmasındadır: NATO-nun artan hərbi aktivliyini gizlədən dialoq görüntüsü xatirinə, yoxsa gərginliyin azalması naminə? Belə təəssürat yaranır ki, görüntü naminə. Taktiki manevrdir”, - Puşkov qeyd edib.
Xatırladaq ki, 23 dekabrda DPA agentliyinə müsahibəsində NATO Baş katibi Yens Stoltenberq Moksva ilə alyans arasındakı çətinliklərin müzakirəsi üçün Rusiya lideri Vladimir Putinlə görüşmək istədiyini açıqlamışdı.