Baykonurdan bu ilin son uçuşu canlı yayımlanıb


Bu gün Qazaxıstanda yerli vaxtla saat 18:03-də, Baykonur kosmodromundan "Proton-M" daşıyıcı raketinin "DM-03" güncləndirilimiş bloku və Rusiyanın 3 saylı "Elektro-l" meteoroloji peyki səmaya buraxılıb.

AZƏRTAC xəbər verir ki, Rusiyanın "Elektro" seriyalı kosmik aparatları eyniadlı geostasionar hidrometeorologiya kosmik sisteminin tərkibinə daxildir və ətraf mühitin monitorinqi üzrə bölmələrini, eləcə də digər qurumları təmin etmək üçün nəzərdə tutulub.

Baykonurdan "Proton-M" raketinin buraxılması və start anına hazırlıq televiziya ilə canlı yayımlanıb.

Bununla da “Roskosmos” korporasiyası 2019-cu ildə Baykonur kosmodromundan uçuş proqramını tamamlayıb.