Fransa polisi jurnalistlərə güc tətbiq etdi – Məhkəmə

Sərhədsiz Reportyorlar Təşkilatı Fransa hüquq-mühafizə orqanlarının fəaliyyətinə görə məhkəməyə müraciət edib.

Axar.az xəbər verir ki, təşkilat polisi jurnalistlərə güc tətbiqində ittiham edib. Təşkilatın məhkəməyə müraciətini Fransanın 13 KİV orqanının əməkdaşları da dəstəkləyib.

Sərhədsiz Reportyorların baş katibi Kristof Deluar artıq Fransa polisinə müraciət edərək, ictimai nizamın təminatı metodlarına yenidən baxmasını tələb edib. O, son altı ayda Fransadakı etirazlarda 54 jurnalistin xəsarət aldığını bildirib.