Qonşudakı aksiyalarda 1500 nəfər ölüb?

İrandakı etiraz aksiyalarında 1500 nəfər ölməyib.

Axar.az xəbər verir ki, bunu İran Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Əli Rza Zərifian deyib. O, KİV-lərin yaydığı məlumatın həqiqəti əks etdirmədiyini bildirib.

Zərifian bu məlumatın İran hakimiyyətinə qarşı psixoloji təzyiq cəhdi olduğunu söyləyib.

Qeyd edək ki, “Röyter” agentliyi İrandakı etirazlarda 1500 nəfərin öldüyü haqqında məlumat yaymışdı. Agentlik bunlardan 17-nin uşaq və 400-nün qadın olduğunu yazmışdı.