İranın Suriya və İraqda yerləşməsinə icazə verməyəcəyik.
“Yeni Akit” xəbər verir ki, bu sözləri İsrailin Baş Qərargah rəisi Aviv Kohavi deyib.
“İranla məhdud qarşıdurma ehtimalı mövcuddur və bunun üçün hazırlaşırıq”, - qərargah rəisi bildirib.
Qərargah rəisi, həmçinin, İran İnqilab Keşikçiləri Korpusuna tabe Qüds briqadasının İraqa müasir silahlar keçirdiyini iddia edib.